Dünyanın ən soyuq nöqtəsində 6 saat dayanmadan qaçdı VİDEO FOTO


Digərləri 18 Yan 2019 07:55:00 556 0

Dünyanın ən soyuq nöqtəsində 6 saat dayanmadan qaçdı  VİDEO  FOTO

Moldovalı idmançı Dmitri Voloşin Sibir çöllərində 6 saat dayanmadan qaçıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, Dmitri mənfi 67 dərəcə temperaturun olduğu çöldə 50 km məsafə qət edib.

Yakutiyanın rəsmi internet səhifəsində yayılan məlumata əsasən, idmançı bütün çətinliklərə baxmayaraq, hədəfinə çatıb. Dünyanın ən soyuq yerlərindən biri sayılan Yakutiyanın Oymyakon regionunda gecə saatlarında qaçmağa başlayan idmançı hava işıqlananda finiş xəttinə çatıb. 6 saat dayanmadan qaçan idmançıya heç bir həkim və xüsusi xilasedici dəstək verməyib.


Xəbərə aid fotolar