Beynəlxalq Muğam Mərkəzində Amaliya Pənahovanın xatirə gecəsi keçirilib (FOTO)


Digərləri 18 Yan 2019 07:36:00 631 0

Beynəlxalq Muğam Mərkəzində Amaliya Pənahovanın xatirə gecəsi keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində xalq artisti Amaliya Pənahovanın xatirə gecəsi keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan “Mən aktirisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirilib. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbir Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşıb. Gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək görkəmli aktrisa barəsində xatirəsini bölüşüb. “Yaşadığımız dünyadan başqa, ayrı dünya da var. Yaddaş, xatirələrin dünyası... Bu xatirələr dünyasında ölüm-itim, vaxt yoxdur. Mən xətirələrimə qayıdanda gözlərimin önündə Azərbaycan Dövlət Akademik Dram Teatrında səhnəyə çıxan gənc bir aktirisa Amaliya xanım canlanır. Səhnəyə çıxdı və səhnəyə özü ilə birgə gəncliyin təravətini, cazibəsini gətirdi. Sonralar bir çox obrazlar yaratdı. Mən çox xoşbəxtəm ki, sənət yollarımda Amaliya xanımla birgə işlər görmüşəm. Dram teatrında Təhminə obrazını canlardı, ən böyük arzularından biri də bu obrazı kinoda da canlandırmaq idi. Təəssüf ki, bu ona müəssər olmadı. Bu gün Amaliya xanım aramızda yoxdur. Amma təsəlli odur ki, xatirələr dünyası da gerçək dünya qədər realdır. Onları xatırlayan sonuncu adam yaşayanədək onlar yaşayacaqlar. Amaliya xanım da millərlə seyirçisinin, heyranının qəlbində yaşayacaq”, - deyə Xalq yazıçısı bildirib. Xalq artisti Eldar Quliyev teatr və kino sənətimizə dəyərli töhfələr vermiş Amaliya xanımın mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salıb. Bildirib ki, A.Pənahovanın sənəti onun sevənlərin qəlbində həmişə yaşayacaq: “O, sənətinin vurğunu idi. Peşəkar aktirisa idi, heç bir roldan imtina etməzdi və rejissorlar onunla işləməkdə zövq alırdı. Amaliya xanım, sənətdə, səhnədə, kamera qarşısında yaşayırdı”.