Uğur gətirən pişik 317 min manata satılır FOTO


Digərləri 18 Yan 2019 07:00:00 730 0

Uğur gətirən pişik 317 min manata satılır  FOTO

İstənilən anlaşılmaz vəziyyətdə pişik sığallayın. Bu heyvanlar nadir cinsə aid olan bu tüklü dosta görə böyük məbləğdə pul ödəməyə hazır bir çox insanların sevimlisidir. Satıcılar bundan kifayət dərəcədə uğurla istifadə edir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu yaxınlarda saytlardan birində sahibinin uğur gətirdiyini dediyi unikal pişiyin satılması haqqında elan verilib.

Rusiyanın Çelyabinsk vilayətinin sakini öz pişiyini 12 milyon 500 min rubla (317620 manat) satmaq qərarına gəlib.

O, bu yüksək qiyməti bəyaz tüklü xalis sibir cinsinə aid pişiyin evə xoşbəxtlik gətirmək və öz sahiblərini bədnəzərdən qorumaq xüsusiyyətinə malik olması ilə izah edib. Elanın sahibi dəqiqləşdirərək, qiymət endiriminə gedə biləcəyini də bildirib. Lakin o, nəyə görə bu cür unikal pişikdən ayrılmağa razı olduğunu dəqiqləşdirməyib.


Xəbərə aid foto