"Havadan" əldə edilən enerji ilə işləyən ilk batareyasız çip təqdim edilib


Digərləri 18 Yan 2019 00:45:00 671 0

"Havadan" əldə edilən enerji ilə işləyən ilk batareyasız çip təqdim edilib

İsrailin "Wiliot" startapı "National Retail Federation" (NRF) sərgisində ölçülmüş məlumatları 3 metrədək məsafəyə ötürə bilən innovativ telemetrik sensor təqdim edib. Maraqlıdır ki, qabaqcıl çip naqil və batareyaya malik deyil, "havadan" əldə olunan enerji ilə işləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "ARM" prosessorla təchiz edilmiş kiçikölçülü modul obyektlərin çəkisini və temperaturunu "hiss edə" və bu məlumatları şifrlənmiş kanal vasitəsilə ötürə bilir. Yarımkeçirici çip "Bluetooth", "Wi-Fi" və mobil şəbəkələrdən yayılan elektromaqnit enerjisi ilə işləyir.