Günün qoroskopu: Yarımçıq işi başa vurun


Digərləri 18 Yan 2019 00:01:00 673 0

Günün qoroskopu: Yarımçıq işi başa vurun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - çətin, qarışıq və əlverişli olmayan gündür. Asan olmayan seçim zamanı, mühüm qərarı qəbul edərkən minimum informasiyaya malik olacaqsınız. İntuisiyanıza güvənin. İşgüzar təmasları məhdudlaşdırın. Potensial sifarişçi və ya yeni iş yerinin rəhbəri ilə görüşmək üçün yaxşı gün deyil. Yeni iş yerində çalışmağa başlayırsınızsa, kollektivlə dərhal dil tapacağınızı düşünməyin.

Maliyyə məsələlərində ehtiyatlı olun. Kredit götürmək, borc almaq, gündəlik tələbatda zəruri olmayan əşyalara pul xərcləmək məsləhət deyil. Yaşlı qohumlarla ixtilaf, ailədə münaqişə ola bilər.

Buğa - gərgin gündür. İşlərlə yanaşı, şəxsi problemlərin çözülməsində ehtiyatlı, diqqətli olun. Etibar ediləsi adamı müəyyənləşdirmək çətindir. Plan və ideyalarınızı yaxşı bələd olmadığınız insanla bölüşməyin. İnandığınız insanlardan biri sizi pis vəziyyətdə qoya bilər. Alış-verişdə çox pul xərcləməyin.

Ailədə mübahisə ola bilər. Sərt tənqidə məruz qalırsınız. Qərar və addımlarınız yaxınlarınızı narazı salır, onlar sərt danışırlar. Nüfuzlu insanla görüşmək, dövlət qurumlarına yollanmaq məsləhət deyil.

Əkizlər - maliyyə baxımından çox uğursuz gündür. Nəzərdə tutulan vəsait gəlib çatmır. Əlinizdə olan pullarla məntiqli, rasional şəkildə davranın. Mənfi təsir altına düşmək, fırıldaq qurbanı olmaq riski var. İşdə münaqişə yarana bilər. Köhnə müttəfiqlərdən biri sizi dəstəkləməyəcək.

Ənənəvi əlaqələr qırılır. Ruhdan düşməyin, yeni əlaqələr formalaşacaq. İmiclə eksperimentlər aparmayın, zahiri görünüşünüzdə ciddi dəyişikliklər etməyin. Nəticə sizi sevindirməyəcək.

Xərçəng - ünsiyyət üçün yaxşı gündür. İşgüzar danışıqlar və təmaslar yaxşı nəticə verəcək. Son vaxtlar sizi narahat edən problemin həll yolunu tapacaqsınız. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz insanla razılığa gələcəksiniz. Yeni müttəfiqlər olacaq. İş yeri aramaq və ya yeni işdə çalışmağa başlamaq üçün yaxşı zamandır.

Sınaq, biliklərin toplanması və təcrübə əxz olunması üçün əlverişli gündür. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Maraqlı ideyalar az deyil.

Axşam saatlarına yaxın gəlir olacaq.

Şir - ehtiyatlı davransanız, bu çətin gündə itki verməyəcəksiniz. Yanlış ümidlər, boş illüziyalar sizi dalana apara bilər. Məntiqli, soyuqqanlı, təmkinli olun. Yeni ideyaları ciddi təhlil edin. İstənilən sınağın öhdəsindən asanlıqla gələ biləcəyinizi düşünməyin. Sınanmış tərəfdaş və inandığınız dostun yardımından, məsləhətindən yararlanın. Belə davransanız, qüvvə və vaxta qənaət edəcəksiniz.

Mövcud qaydaları pozmayın, bildiyiniz kimi hərəkət etməyin. Yaxın ətrafınızdakı insanların maraqlarını və istəklərini nəzərə alın. Əks təqdirdə həmin insanlarla münasibətləriniz korlana bilər.

Qız - mühüm işgüzar danışıqlar, həllini çoxdan gözləyən məsələlərin müzakirəsi üçün əlverişli zamandır. İşdə həmkarlar və rəhbərliklə münasibətlərdə irəliləyişə nail olmaq mümkündür. Mövqelərinizi möhkəmləndirin. Yeni, maraqlı, diqqətə layiq ideyalar peyda olur. Onları reallaşdırmağa tələsməyin. Münasib və əlverişli zaman az sonra olacaq.

İntellektual potensial səviyyəsi yüksəkdir. Həllini bacarmadığınız problem yoxdur. Gəlir ola bilər. Böyük məbləğin əldə olunması istisna deyil.

Tərəzi - sizi maraqlı olaylar və tanışlıqlar gözləyir. Qərar qəbul edəndə yaradıcı olun, səthdə olan məsələdən və həlldən yararlanmayın. Önəmli qərar qəbul edəndə bunun səbəbini yaxınlarınıza anladın. İşgüzar münasibətlərlə şəxsi təmasları ayırın. Yeni tanışlıq pozitiv emosiyalar vəd edir.