İlk şəhid olan müsəlman qadın


Digərləri 17 Yan 2019 23:45:00 784 0

İlk şəhid olan müsəlman qadın

Süməyyə - Əbu Cəhlin kənizi olmuşdur. Onun həyat yoldaşı Yasir idi. Oğlu isə Əmmar Yasir idi. Yasir şəhid edilmişdi.

Süməyyə İslam dininin haqq din olduğunu dərk etmiş və onu qəbul etmişdir. Əbu Cəhl bu hadisədən xəbərdar olur və ona hər gün şallaq vurdurur. Bir gün o qədər şallaq vururlar ki, huşdan gedir. Və özünə gələn zaman yenə deyir: "Mənim dinim - Muhəmmədin (s) dinidir".

Son.az islam.az-a istinadən bildirir ki, Əbu Cəhl ona ağır işgəncələr verir, ancaq Süməyyə dediyindən geri dönmür və Əbu Cəhl qərara alır ki, onu qətl etsin.

Onu Kəbənin kənarına gətirir və deyir: "Sənin iki yolun vardır: ya gərək öləsən, ya da İslam dinindən əl çəkəsən".

Süməyyə dinindən dönməyəcəyini söyləyir. Bu zaman Əbu Cəhl iki dəvə gətizdirir və ayaqlarından birini bir dəvəyə və o birisini də o biri dəvəyə bağlayırlar. Onları əks istiqamət hərəkət etdirirlər. Süməyyənin cismi iki şaqqaya bölünür və o, şəhid olur.