Dodaq üçün hansı balzam seçilməli?


Digərləri 17 Yan 2019 23:25:00 681 0

Dodaq üçün hansı balzam seçilməli?

Dodaqlar insan həyatı üçün vacib orqanlardan biridir. Buna görə də quru və çatlamış dodaqlar yalnız xəstəlik əlaməti deyil, həm də insana narahatlıq verir.   Son.az medicina.az-a istinadən bildirir ki, bu halın qarşını almaq üçün müxtəlif dodaq balzamları mövcuddur. Bəs görəsən "dodaqlara nə qədər çox balzam çəksən bir o qədər yaxşıdır" fikri həqiqətdirmi?   Çox təəssüf ki, dodaq balzamı onların müvəqqəti olaraq rahatlanmasını təmin edir.   Bundan əlavə, bəzi balzamlar dodaqdan suyun buxarlanmasına şərait yaradaraq onların daha da çox çatlamasına və qurumasına səbəb olur.   Gözəllik mütəxəssisləri dodaqları eynilə dərinin başqa hissələri kimi müalicə etməyi məsləhət görürlər.   Dodaqlar 3 qatdan - buynuz təbəqədən, epidermisdən və derma qatlarından ibarətdir. Dodağın üzərində yerləşən qoruyucu baryer rolunu oynayan buynuz təbəqə nisbətən nazikdir. Buna görə də dodaqlar dərinin başqa hissələrinə nisbətən daha tez zədələnir. Bundan əlavə, dodaqlarda tük follikulları və piy təbəqəsi olmadığı üçün təbii nəmliyini qoruya bilmir. Buna görə də dodaqlara əlavə bir maddə çəkilməlidir. Amma bu zaman istifadə olunan balzamın tərkibinə diqqət yetirmək lazımdır.   Əgər dodaqlarınız tez-tez çatlayaraq quruyursa o zaman çalışın ki, tərkibində mentol, istiot və nan çövhər olan balzamlardan uzaq durasız. Balzam alarkən onun SPF faktorunun 10-dan yuxarı olması və tərkibində az miqdarda ətirli maddə ilə süni rəngləyicilər olmasına diqqət yetirin.