Güclü ürəyə sahib olmağın ən asan yolu


Digərləri 17 Yan 2019 23:05:00 671 0

Güclü ürəyə sahib olmağın ən asan yolu

Kardioloqlar gündəlik həyatda ürəyin sağlam qalması üçün qəbul olunması vacib olan qidaların adlarını açıqlayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, ürək-damar mütəxəssisləri hər gün 1 diş sarımsaq, həftədə 3 dəfə fındıq, həftədə 3 gün isə lobya və noxud yeyilməsini məsləhət görür. Həmçinin çayın yaşıl, üzümün qırmızı olanını seçməyi üstün tuturlar.

Nizamlı bəslənmək və hər qidadan lazımi qədər istifadə etmək ürəyin sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Bədənin ehtiyacı olduğu qədər qida qəbul etməsi artıq çəkidən qurtulmağa da kömək edir.