Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin tamaşası keçiriləcək


Digərləri 17 Yan 2019 23:06:13 618 0

Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin  tamaşası keçiriləcək

Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin “Boqema” operasının tamaşası keçiriləcək.

Bakı. Fevralın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cakomo Puççininin “Boqema” operasının tamaşası keçiriləcək. Teatrdan Trend-ə verilən məlumata görə, tamaşada əsas partiyalardan biri olan Rudolfun partiyasını ifa etmək üçün Teatrın rəhbərliyi gənc və istedadlı həmyerlimiz Azər Rzazadəni dəvət edib. Vokalçı kimi karyerasına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində başlayan Azər sonradan təhsilini davam etdirmək üçün İtaliyaya getmişdi. Hazırda o Milanın La-Skala Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. Tamaşada Marsel partiyasını Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edəcək.