Bu dünyadan sonra hansısa dünya və insanlar yaradılacaqmı?


Digərləri 17 Yan 2019 22:10:00 674 0

Bu dünyadan sonra hansısa dünya və insanlar yaradılacaqmı?

Bu dünyadan sonra başqa dünyanın xəlq olması ona bənzəyir ki, mahir rəssam başqa bir gözəl şəkil çəkər və çəkdiyi bu şəkil gözəllikdə heç də o biri şəkillərdən geri qalmaz.

Əgər Qurani-Kərimə və Məsumların (ə) buyuruşlarına nəzər salsaq, görərik ki, Allah Təala Qiyamətdən sonra yeni dünya və yeni insanlar xəlq edəcəyinə işarə etmişdir. Ona görə də insan gərək cahillik edib lovğalanmasın ki, yer üzərində xəlq olunan ən üstün varlıqdır.

Məsumlar (ə) Allahın izni ilə elə şeyləri bilirlər ki, insanlardan heç biri ondan xəbərdar deyildir.

Son.az islam.az-a istinadən bildirir ki, Quran açıq şəkildə bu haqda bir şey deməmişdir, sadəcə bəzi ayələrində işarə etmişdir. "Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?!

(Onlar ilk yaradılışı inkar etmirlər,) əksinə yeni yaradılış barəsində səhvdədirlər". ("Qaf" 15).