Avropa Parlamentinin antiAzərbaycan qətnaməsinin


Siyasət 17 Yan 2019 21:52:00 591 0

Avropa Parlamentinin antiAzərbaycan qətnaməsinin

Bu gün Avropa Parlamenti Azərbaycana qarşı növbəti dəfə qərəzli qətnamə qəbul edib. Sənədin qəbul edilməsi üçün xüsusi canfəşanlıq göstərən isə Azərbaycana qarşı düşmənçiliyi ilə ad çıxarmış Almaniyalı deputat Rebeka Harmsdır. Məqsəd isə bəllidir təziq göstərməklə Azərbaycanın müstəqil siyasətinə mane olmaq və imtiyazlar əldə etmək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycana təziq göstərmək üçün fürsət axtaran anti-Azərbaycan dairələr əllərinə tutarlı dəlil düşmədiyi üçün yenə Mehman Hüseynovun məsələsini şişirdərək ənənəvi olaraq böhtan və yalana əl atıblar. Avropa Parlamenti tərəfindən qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə"ni başqa cür qiymətləndirmək mümkün deyil. Qətnamənin təşəbbüskarlarına nəzər salaq. Azərbaycana qarşı düşmənçiliyi ilə tanınan almaniyalı deputat Rebeka Harms sənədin həmmüəliflərdən biridir. Corc Sorosun təsiri altında olan Rebeka Harms bunu özü də gizlətmir.

Qətnamə ilə bağlı çıxış edən Rebeka Harms yalan danışmaqdan belə çəkinməyib. O bildirib ki, guya Mehman Hüseynovun məsələsini araşdırmaq üçün azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışıb. Halbuki, keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Xarici Işlər Nazirliyinə , nə də Azərbaycanın Brüsseldəki Səfirliyinə hər hansı müraciət daxil olmayıb. Qətnaməyə dəstək verən çıxışçıların da siyahısına nəzər saldıqda görürük ki, onların heç biri indiyədək Ermənistanın işğalı nəticəsində hər növ hüquqları pozulan məcburi köçkünlərlə bağlı bir dəfə də söz deməyiblər. Bütün bunlar hamısı qətnamənin Azərbaycana qarşı təziq kampaniyanın tərkib hissəsi olduğunu göstərir.

Maraqlısı budur ki, Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan Hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb və bildirib ki, Avropa ittifaqının diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur. Görünür bu faktlar anti-Azərbaycan dairələrə sərf etmədiyi üçün buna məhəl qoyulmayıb.

Əvəzində onlar Azərbaycanı tənqid etmək üçün əlavə bir arqument uydurublar. Bu dəfə onlar qey, lesbian və digər seksual azlıqların hüquqlarının müdafiəçisi kimi çıxış eədərək bu məsələdə Azərbaycanı tənqid etmək qərarına gəliblər.

Maraqlıdır ki, müzakirələrdən əvvəl Mehmanın qardaşı Emin Hüseynov parlament üzvlərinə elektron məktublar ünvanlayıb. O Mehmanın aclıq aksiyası keçirmədiyi ilə bağlı faktın müzakirələrdə səsləndirilməsindən narahat olduğunu gizlətməyib. Bütün bunlar bir daha göstərir ki, nə Emin Hüseynovu nə də qətnamənin qəbuluna çalışanları Mehmanın həqiqi vəziyyəti qətiyyən maraqlandırmır. Onla yaradılmış bu siyasi şoudan öz məqsədləri üçün istifadə edirlər.

Bir digər maraqlı məqam isə məsələnin dərhal erməni mətbuatında işıqlandırıolmasıdır. Bu isə anti Azərbaycan kampaniyasında hansı qüvvələrin birləşdiyini və onların kimlərlə əlbir olduğunu açıq göstərir.