Bütün banklarda standart müqavilələrdən istifadə olunacaq


Digərləri 17 Yan 2019 21:53:00 571 0

Bütün banklarda standart müqavilələrdən istifadə olunacaq

Bütün banklarda standart müqavilələrdən istifadə olunacaq. Artıq Banklar Assosiasiyasının ekspert qrupu bu müqavilələrin hazırlanması üçün işlərin 80 faizini yekunlaşdırıb. Təşkilatın hüquqi Məsələr üzrə ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev bildirir ki,standart müqavilələrdə həm bankların, həm də müştərilən hüquqları daha yaxşı təmin ediləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, standart müqavilələrvətəndaşların maliyyə savadlılığının artmasına da səbəb olacaq. Bu müqavilələrin kredit, depozit, əmanət və digər bank əməliyyatlarında istifadə olunması nəzərdə tutulur. Ekspert qrupunun rəhbəri bildirir ki, qısa zamanda müqavilələrin istifadəsinə başlanacaq.

Qorxmaz Ağayev bildirir ki, banklar bu müqavilələrdən könüllülük əsasında istifadə edəcəklər. Bununla belə banklar müasir dövrün tələbi olan bu müqavilələrdən istifadə etməkdə özləri maraqlı olacaqlar.