Hava şəraiti ilə əlaqədar sığınacağa nə qədər evsiz yerləşdirilib?
Digərləri 17 Yan 2019 21:54:00 596 0
Yemək yeyən kim, isti çay içən kim... Soyuq havada köməksiz qalan insanlar sığınacaqda özlərinə rahatlıq tapdılar.
Son.az xezerxeber.az-a istinadən bildirir ki, bura Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağıdır. Sığınacağın direktoru Anar İbrahimov bildirdi ki, havanın kəskin dəyişməsi ilə ötən gündən sığınacağa müraciətlər də artıb.
Rasim Abdullayev gecə, Məhəmməd Muxtarov isə səhər saatlarında paytaxt ərazisində açıq havada köməksiz vəziyyətdə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən aşkar edilərək sosial sığınacağa gətiriliblər.
Mənbə: milli.az