Gərəksiz panika çörək satışına təsir etdi


Digərləri 17 Yan 2019 21:56:00 592 0

Gərəksiz panika çörək satışına təsir etdi

Ötən gün güclü küləyin olacağı ilə bağlı xəbərdarlıq ediləndən sonra günorta saatlarından etibarən Bakıda bir çoxmarket və mağazalarda bəzi ərzaq məhsullarının, xüsusilə çörək satışında süni ajiotaş yaranıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, alıcıların əksəriyyəti hava şəraitinin dəyişəcəyini əsas götürərik daha çox çörək almağa üstünlük veriblər. Nəticədə bir çox mağaza və marketlərdə çörək qıtlığı yaranıb.

Baxmayaraq ki, hava haqqında xəbərdarlıq sırf bayırda olarkən təhlükəsizlik tədbirlərinin görülməsi üçün edirlir, lakin bir çox insanların gərəksiz panikası belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb. Lakin çörək istehsalı ilə məşğul olan müəssisələr bu məhsulun bitdiyi mağazaları yenidən çörəklə təmin ediblər.