Elektrik yaradan bakteriyaların tapılması yolu kəşf edildi


Digərləri 17 Yan 2019 21:40:00 585 0

Elektrik yaradan bakteriyaların tapılması yolu kəşf edildi

Bakteriologiya sahəsində kəşf edilən yeni bir məlumat elm dünyasını olduqca həyəcanlandırdı. Bəzi mikrobların ifraz etdikləri elektriki artıq asanlıqla təyin edə biləcək olan elm insanları, bu sayədə tullantı suların ayırd edilə biləcəyini, yanacaq hüceyrələrinə enerji təmin edilə biləcəyini açıqladılar.

Son.az islam.az-a istinadən bildirir ki, MIT (Massaçusets Texniki İnstitutu) universitetindən elm insanları, bakteriyalar üzərində apardıqları araşdırmalar nəticəsində, elektrik ifraz edən bakteriyaları kəşf etməyin asan və daha xərcsiz bir yolunu kəşf etdilər. Bu sayədə ifraz edilən elektrikdən, çox daha effektiv bir formada faydalanıla bilinəcək.

Araşdırmaçılar, bəzi bakteriyaların oksigensiz və ya az oksigenli mühitlərdə, elektrik ifraz edən nəfəs alma əməliyyatı kimi bir müddət reallaşdırdıqlarını kəşf etdilər. Bu bakteriyalar dünya üzərində dərin mədənlər, göl dibləri hətta insan bədənində belə oksigenin az olduğu bölgələrində tapıla bililirlər. Elektrik ifraz etmə əməliyyatını hüceyrələrinin içində reallaşdıran bu canlılar, daha sonra hüceyrə pərdələri vəsitəsi ilə bu elektronları mühitə göndərirlər.