BakıŞamaxıYevlax yolu buz bağladı FOTO


Digərləri 17 Yan 2019 21:26:00 729 0

BakıŞamaxıYevlax yolu buz bağladı  FOTO

Günorta saatlarından Qobustan rayonu ərazisində yağan qar axşam radələrində sürücülər üçün çətinlik yaradıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Şamaxı rayon ərazisindən keçən hissəsində yollar buz bağladığından avtomobillərin hərəkəti çətinləşib. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Magistiral yolun 86, 116  km olan ərazilərində yaranan çətinliyin aradan qaldırılması üçün yollara duz və qum səpilib.

Eyni zamanda Qobustan rayonu Xirmilli kəndi, eləcə də Pirqulu yoluna yağan qar səbəbindən yollarda çətinlik yaranıb. Yol idarəsinin texnikaları vasitəsilə yollar qardan təmizlənib.


Xəbərə aid fotolar