Ananın ayağını öpmək Kəbənin astanasını öpmək kimidir


Digərləri 17 Yan 2019 21:10:00 705 0

Ananın ayağını öpmək Kəbənin astanasını öpmək kimidir

Quran-Kərim və hədislərimiz bəyan edir ki, Allahdan sonra gərək valideynlərinizə hörmət edib, onların ehtiramını saxlayasınız. Ananın məqamı xüsusilə daha yüksəkdir.

Hədislərimiz buyurur: "Behişt ananın ayağı altındadır". Bu hədis uşaq vaxtından indiyə qədər daima zehnimizə həkk olmuşdur. Ana öz övladını əvvəl canı və sonra südü ilə bəsləyər. O zaman ki, bu övlad böyüyər - ananın dayağı olar.

Son.az islam.az-a istinadən bildirir ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Hər kim anasının ayağını öpər, ona bənzəyər ki, Kəbənin astanasını öpmüşdür".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim anasının alnından öpər, cəhənnəm atəşindən qorunmuş olar".

Bir gün bir kişi Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Mən ömür boyu çox günahlar etmişəm, mənim üçün tövbə yolu vardırmı?".

Həzrət (s) buyurur: "Atan və ya anan sağdırmı?".