Bakıda külək güclənir


Digərləri 17 Yan 2019 21:11:00 605 0

Bakıda külək güclənir

Bakıda hazırda küləyin sürəti getdikcə artmaqdadır, müxbirlərimiz deyir.

"Bakıda küləyin sürətinin və dənizdə dalğanın yüksəkliyinin axşama doğru artacağı proqnozlaşdırılır", Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Gülşad Məmmədova bildirib.

O, BBC News Azərbaycancaya deyib ki, sinoptiklərin proqnozu özünü doğruldub.

"Gecə saatlarından başlayaraq, Bakıda güclü şimal-qərb küləyi müşahidə olunur. Küləyin maksimal sürəti saatda 30-35 metr sürətlənib. Dənizdə dalğanın hündürlüyü 4,8 metrə çatıb. Belə hava şəraiti gün ərzində davam edəcək. Axşam saatlarında şimal-qərb küləyinin və dalğanın yüksəkliyinin artması proqnozlaşdırılır".

Gülşad Məmmədovanın sözlərinə görə, respublika ərazisində - Daşkəsən-Gədəbəydə, Göygöl rayonunun Hacıkənd məntəqəsində və Tovuz rayonunun bir neçə məntəqəsində qar yağmağa başlayıb.