Kürdəmirdə yol qəzası baş verib FOTO


Digərləri 17 Yan 2019 21:07:00 679 0

Kürdəmirdə yol qəzası baş verib  FOTO

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Karrar qəsəbə sakini Xəyal Aydın oğlu Əliyevin idarə etdiyi 33 BE 858 dövlət qeydiyyatı nişanlı "VAZ-2107" markalı minik avtomobili Göyçay rayon sakini Rəhim Elxan oğlu Məmmədovun idarə etdiyi 90 CT 860 dövlət qeydiyyatı nişanlı "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücülər xəsarət almasalar da, hər iki maşına ziyan dəyib.

Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar