Bakirəliyinizi hansı yaşda itirmək daha yaxşıdır?


Digərləri 17 Yan 2019 21:09:00 684 0

Bakirəliyinizi hansı yaşda itirmək daha yaxşıdır?

Britaniyada seksual davranış mövzusunda aparılmış sorğulara görə, bakirəliyini itirmiş gənclər ən çox cinsi əlaqəyə vaxtından xeyli əvvəl girdiklərindən heyfslənirlər.

20 yaşlarında olan qadınların üçdə birindən çoxu və kişilərin təxminən dörddə biri etiraf ediblər ki, onların ilk dəfə cinsi əlaqəyə girməsi "uyğun vaxta" təsadüf etməyib.

Britaniyada cinsi əlaqəyə girməyə qanunla 16 yaşından başlayaraq icazə verilir.

Seksual davranış və həyat tərzi mövzusunda Britaniyada keçirilmiş son sorğunun (Natsal) nəticələrinə əsasən, bir çox gənclər bu yaşda cinsi əlaqəyə girməyə hazır olmaya bilərlər.

Təxminən hər on ildən bir keçirilən Natsal sorğusu Britaniyada seksual davranışın təfsilatlı mənzərəsini təmin edir.

2010-2012-ci illərdə keçirilmiş sonuncu sorğuda təxminən 3000-dək gənc iştirak edib və onların verdiyi cavabları London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları təhlil ediblər.

Nəticələr

Gənc respondentlərin verdiyi cavablar göstərib ki, gənc qadınların təxminən 40 faizi və gənc kişilərin 26 faizi ilk seksual təcrübələrinin "düzgün vaxta" təsadüf etdiyini düşünmürlər.

Respondentlərin əksəriyyəti deyib ki, bakirəliyi daha yuxarı yaşda itirmək istəyərdi.

Soruşulanların azsaylı hissəsi isə bunun daha erkən yaşda baş verməsini istəyib.

Respondentlərin əksəriyyəti 18 yaşı tamam olanadək artıq cinsi əlaqəyə girib, onların yarısı bunu 17 yaşına çatanadək edib.

Sorğuda iştirak edənlərin təxminən üçdə biri 16 yaşı tamamam olmamış cinsi əlaqədə olub.