Qərargah: Dənizdə dalğanın hündürlüyü 9,3 metrə çatdı


Digərləri 17 Yan 2019 21:06:00 560 0

Qərargah: Dənizdə dalğanın hündürlüyü 9,3 metrə çatdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumatını yayıb.

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumatını yayıb. Qərargahdan Trend-ə verilən məlumata görə, bu gün saat 21:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub.