Amazon delfinləri “Qırmızı kitab”a düşdü


Digərləri 17 Yan 2019 20:44:00 643 0

Amazon delfinləri “Qırmızı kitab”a düşdü

Amazon delfinləri (Inia geoffrensis) nəsli kəsilməkdə olan növlərin kateqoriyasına düşüb. Onlar Təbiətin və təbiət resurslarının qorunması üzrə Beynəlxalq İttifaqın "Qırmızı kitab"ına daxil edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə WWF saytı məlumat yayıb.

Buna qədər onlar mütəmadi olaraq populyasiyasının və çoxalma tempinin monitorinqini tələb edən həssas növlər kateqoriyasında idi. Habelə yeni kateqoriya Amazon delfinlərinin sayının kəskin şəkildə azaldığını və onların məskəninə böyük təhdidin olduğunu göstərir.