OPEC Azərbaycanda 2019cu ildə neft hasilatına dair proqnoz dərc etdi


Digərləri 17 Yan 2019 20:47:00 583 0

OPEC Azərbaycanda 2019cu ildə neft hasilatına dair proqnoz dərc etdi

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2019-cu il üçün gündəlik neft hasilatının orta qiymətinə dair proqnozunu əvvəlki 800 min barel səviyyəsində saxlayıb.

Son.az Report-a istinadən xəbər verir ki, təşkilatın yanvar ayına aid olan hesabatındakı proqnozuna əsasən, cari ilin birinci rübündə Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq, ikinci rübündə isə 810 min barelədək artacaq.

Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış saziş çərçivəsində Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq öhdəliyini götürmüşdü.