Ərəb dünyasını bölən iki cərəyan


Dünya 17 Yan 2019 20:34:00 389 0

Ərəb dünyasını bölən iki cərəyan

Ərəb dünyası barədə Azərbaycanda səhv təsəvvürlər var.

Son.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bizdə "ərəb" deyən kimi islamçı, şəriətçi göz önünə gəlir:

"Amma heç də elə deyil. Bir çox müsəlman ölkəsində olduğu kimi, ərəb ölkələrinin çoxunda da islamı hüquq kimi yox, ənənə kimi yaşayırlar. Şəriətlə idarə olunan ərəb dövlətlərinin çoxu Körfəzdə yerləşir. Məhz ən inkişaf etmiş ərəb dövlətləri də Körfəz ölkələridir. Yaxın Şərq və Şimali Afrikanın ərəb məmləkətləri əsasən dünyəvi qanunlarla idarə olunur. İş orasındadır ki, problemlərin çoxu da elə dünyəvi ərəb məmləkətlərində yaşanır. Bu problemlərin çoxu da məhz millətçiliyə görə ərəblərin başına gəlib".

Politoloq vurğulayıb ki, Osmanlı imperiyası süquta uğrayandan sonra ərəb dünyasında iki siyasi cərəyan arasında mübarizə başlayıb: