Səhiyyə Nazirliyindən üstünə reklam lövhəsi aşan şəxslə bağlı


Digərləri 17 Yan 2019 20:11:00 701 0

Səhiyyə Nazirliyindən üstünə reklam lövhəsi aşan şəxslə bağlı

Bu gün Bakıda müşahidə edilən güclü külək Qaradağ rayonunda ciddi fəsad yaradıb.

Son.az Trend-ə istinadən bildirir ki, güclü külək nəticəsində "Binə" ticarət mərkəzində reklam lövhəsi yaxınlıqdan keçən orta yaşlı kişinin üstünə aşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, həmin şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyati təhlükəsi yoxdur.