Vergilər Nazirliyi dəyişikliklərlə bağlı sahibkarları məlumatlandırır (FOTO)


Digərləri 17 Yan 2019 20:12:00 603 0

Vergilər Nazirliyi dəyişikliklərlə bağlı sahibkarları məlumatlandırır (FOTO)

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib.

Bakı. Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə 2019-cu ilin yanvar ayının 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər, vergi uçotunun şəffaflaşdırılması, “kölgə iqtisadiyyatı”nın minumuma endirilməsi, əmək münasibətlərinin leqallaşmasına dair qanunvericiliyin tələbləri ilə bağlı vergi ödəyicilərini məlumatlandırılıb və bu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vergi sistemində aparılan islahatlar, şəffaflığın təmin olunması və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına dair fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Nazir müavini vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı vergi uçotunun və sənədləşmə işlərinin düzgün aparılmasının və elektron qaimə-fakturalardan istifadə edilməsinin zəruri olduğunu vurğulayaraq vergi ödəyicilərinin nəzərinə çatdırıb ki, hər bir müəssisədə qanunvericiliyin tələblərinə tam əməl olunmalıdır, əks halda bu həmin müəssisələrin qanunda nəzərdə tutulmuş ciddi maliyyə sanksiyaları ilə üzləşməsi ilə nəticələnə bilər. Vergilər Nazirliyinin apardığı təhlilər nəticəsində məlum olub ki, mebel, alkoqolsuz içkiilər, rezin və plastik məmulatlar istehsalı sahələrində e-qaimə-fakturaların tətbiqi səviyyəsi 70-90 faiz səviyyəsində təmin olunursa, ev quşlarının yetişdirilməsi sahəsində bu göstərici 40 faiz, un istehsalı sahəsində 20 faiz, spirtli içkilər və qida sənayesi istehsalı sahələrində 10 faiz, bəzi sahələrdə isə hətta 5 faizdən aşağıdır. Vergi ödəyicilərinn nəzərinə çatdırılıb ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.