Rusiyada qar apokalipsisi yaşanır


Digərləri 17 Yan 2019 20:09:00 569 0

Rusiyada qar apokalipsisi yaşanır

Bu səhər hava şəraiti fəlakətə düçar olan Uzaq Şərq sakinlərinin möhkəmliyini yoxlayıb. Siklon Saxalinə güclü küləklə müşahidə olunan qar fırtınalarını gətirib. Yarımadada aviareyslər təxirə salınıb, əsas avtomobil yolları və məktəblər bağlanılıb. Gecə ərzində 1,5 metr hündürlükdə qar yağıb. Sakinlər öz evlərindən çıxa bilməyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, yollarda kütləvi qəzalar, hətta piyada yollarını bağlayan qar uçqunları, şaxta və fırtına müşahidə olunub.

Nikolayevsk-na-Amurun digər yaşayış məntəqələrilə əlaqəsi faktiki olaraq kəsilib. Nəinki minik avtomobilləri, hətta ağır yük maşınları yollarda hərəkət edə bilmir.

Saxalində vəziyyət bundan fərqlənmir. Müəyyən müddətə bütün şəhərlərarası avtobusları təxirə salmaq ehtiyacı yaranıb, avtobuslar, sadəcə olaraq, şəhərlərdən çıxa bilməyiblər. İnsanlar evlərini belə tərk edib avtobuslara doğru hərəkət edə bilmirlər.

Lakin küçəyə çıxmaq mümkün olsa belə, daha sonra nə edəcəyini heç kəs bilmir. Bu çovğunda piyada işə getmək qeyri-mümkündür, maşınlar isə heç bir metr də irəliləyə bilmirlər. Təkərlər qarda fırlanmaqdan imtina edir.