“Sıla sevgilim deyil, mən evliyəm”


Digərləri 17 Yan 2019 19:49:00 719 0

“Sıla sevgilim deyil, mən evliyəm”

Adı müğənni Sıla Gencoğlu ilə eşq dedi-qodularında hallanan "Master Chef"in iştirakçısı Hazer Amani açıqlama verib. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, "İkinci sayfa" proqramına telefonla bağlanaraq yayılan məlumatların doğru olmadığını bildirib:  "Sevgi iddiaları doğru deyil, bizim dostluq münasibətimiz var. Yazıblar ki, evinə getmişik, belə bir şey yoxdur. Biz layihə üçün görüşmüşdük. Mən evliyəm, amma xanımımla Sıla tanış deyil".