Alışanov Yeni il gecəsi fermerin 1300 qoyununu, inəklərini, cipini oğurladı


Digərləri 17 Yan 2019 19:34:00 327 0

Alışanov Yeni il gecəsi fermerin 1300 qoyununu, inəklərini, cipini oğurladı

Rusiyanın Xakasiya muxtar vilayətinin Ust-Abakansk rayonunda Yeni il gecəsi bu region üçün misli görünməmiş hadisə baş verib. Xakasiyada yaxşı tanınan əlil fermer, "Art-El" adlı rok-qrupun lideri Andrey Aleyevin 1300 qoyunu, inəkləri və cipi oğurlanıb. Bütün bunları oğurlayıb aradan çıxan isə Aleyesin işçisi, onun fermasına qulluq edən azərbaycanlı miqrantdır.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, fermer başına gələnlər haqda yerli RTS telekanalına danışıb. Reportajda deyilir ki, Xakasiyada hələ bu cür iri oğurluq hadisəsi olmamışdı, çünki bir gecədə iri fermer təsərrüfatı tamamilə talanıb. Təsərrüfatdan ancaq boş tövlələr və iki it qalıb.

Dekabrın 31-dən 1-nə keçən gecə Aleyevin böyük çətinliklə qurub yaratdığı fermer təsərrüfatındakı 1300 qoyun, onlarla iribuynuzlu heyvan, habelə fermer təsərrüfatının sahibinin azərbaycanlı işçisinə fərdi istifadə üçün xeyirxahlıq edib uşaqlarını məktəbə, bağçaya aparmaq üçün verdiyi cip yoxa çıxıb. Fermer təsərrüfatına baxan və ailəsi, uşaqları ilə birlikdə orada qalan azərbaycanlının da izi-tozu yoxdur.

Musiqiçi və əlil arabasına möhtac olan Andrey Aleyev deyir ki, Yeni il bayramından sonra fermaya qayıdanda təsərrüfatın talandığını görüb. "Maşın yoxdur, heyvanlar yoxdur, heç nə yoxdur. Ev büsbütün talanıb", Andrey bildirir.

Andrey Aleyev bu fermer təsərrüfatını beş il əvvəl qurub, qoyunlarının sayını 250-dən az qala 1500-ə çatdırıb. Və onun Azərbaycandan olan işçisi Samir Alışanov bir gecənin içində illərdir əziyyətlə qazanılmış bu var-dövləti talayıb. Aleyev deyir ki, Alışanovun heç  Rusiya vətəndaşlığı da olmayıb. O, fermada iki ildən artıqdır yaşayırdı. Burada Alışanovun uşaqları böyüyüb. Andrey ailə üçün əlindən gələni edib, hətta onlar üçün xüsusi olaraq inəklər də alıb ki, Samirin uşaqlarının masasında həmişə təzə süd olsun. Lakin Alışanov bütün bu xeyirxahlığa oğurluqla cavab verib.