AMEA-nın yaranma tarixi araşdırılır (FOTO)


Digərləri 17 Yan 2019 19:35:00 433 0

AMEA-nın yaranma tarixi araşdırılır (FOTO)

Son illərdə Tarix İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının yaranması tarixinə həsr olunmuş ilk əhatəli və sanballı tədqiqatı ortaya qoyub.

Bakı. İlhamə İsabalayeva - Son illərdə Tarix İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranması tarixinə həsr olunmuş ilk əhatəli və sanballı tədqiqatı (Azərbaycan və rus dillərində) ortaya qoyub. Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, bunu institutun direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması tarixi (1920-1945)” mövzusundakı doktorluq dissertasiyasının müzakirəsində deyib. Dissertasiya işinin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimovadır. Onun elmi məsləhətçisi isə institutun Azərbaycanın mədəniyyət tarixi şöbəsinin müdiri, professor Tamilla Musayevadır. Müzakirədə Yaqub Mahmudovla yanaşı, professorlar Fuad Məmmədov və Şövqi Göyçaylı, institutun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, şöbə müdirləri İradə Bağırova, Sevinc Əliyeva, İlqar Niftəliyev və başqaları da iştirak ediblər.