Uşaqları təhlükəli virusdan, qripdən necə qoruyaq?


Digərləri 17 Yan 2019 19:24:00 462 0

Uşaqları təhlükəli virusdan, qripdən necə qoruyaq?

Son.az bildirir ki, pediatr, tanınmış həkim Əli Quliyev azxeber.com-a müsahibə verib. 

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

 - Mövsüm ilə bağlı olaraq virus və bakterial infeksiyaların çox yayıldığı bir zamandayıq. Virus və ya bakterial infeksiya nədir? Bir-birindən nə ilə fərqlənir?

- Virusun infeksiyadan fərqi ondadır ki, bakterial infeksiyanın adətən müalicəsi var. Antibiotik ilə müalicə olunur. Ancaq virusların təəsüf ki, əksəriyyətinin müalicəsi yoxdur. Virus və ya bakterial infeksiya ancaq müayinə və ya analiz ilə fərqləndirilə bilər. Valideyinin uşağa baxaraq aydınlaşdırması mümkün deyil.

- Xüsusilə viruslardan bu günlərdə hansı yayılıb və nə etmək lazımdır?

- Mövsümə bağlı olaraq ən sıx gördüyümüz qripdir. Qrip virusunda ən sıx şikayət asqırma, öskürmə, burun axması və qızdırmadır. Günümüzdə qrip üçün adətən xüsusi dərman təyin olunmur. Simptomatik müalicə aparılır. Öskürək, hərarət, burun axması varsa onlar ayrılıqda müalicə olunur.

- Bəzən valideynlər uşaqların tez sağalmaları üçün antibiotik verir. Bu nə dərəcədə düzgündür?

- Qripdə qəti şəkildə antibiotik verilməsini tövsiyyə etmirik. Ancaq bəzi hallarda qripli uşaqlara antibiotik verilir. Əgər bu uşaqda qriplə yanaşı ikincili infeksiya yaranıbsa, məsələn, orta qulaq infeksiyası, sinuzit və s. bu zaman antibiotik verilə bilər. Ancaq digər hallarda bu düzgün deyil. Hər qrip olan uşaq antibiotik içsə bədəndəki mikroblar antibiotikə öyrəşir. Sonra ciddi ağırlaşma olduqda verilən antibiotik təsir etmir. Buna görə də insanlar itirilir. Bu baxımdan əgər ağırlaşma yoxdursa antibiotik verilməsini tövsiyyə etmirik.

- Bu gün Bakıda çox yayılan viruslardan biri, Koksaki virusu haqda nə deyə bilərsiniz?

- Koksaki virusu daha çox su çiçəyinə bənzəyir, əl, ağız, ayaq xəstəliyinə səbəb olur. Gün ərzində 2-3 dəfə bu virusa yoluxan uşaqla qarşılaşırıq. Xəstələrin əllərində, ayaqlarında, qasıq bölgəsində və ağızda su çiçəyi səpgisinə bənzər yaralar olur və təəssüf ki bunu bizim həkimlər bəzən su çiçəyi xəstəliyi ilə səhv salırlar. Başqa viruslar da bu xəstəliyə səbəb olabilər və bu xəstəlik də virus olduğu üçün özəl müalicəsi yoxdur. Bəzən valideynlər bu xəstələri günlərlə yuyundurmur, yaraların üzərinə brilliant yaşılı(zelyonka) çəkir, pəhriz saxlatdırır ki bunlara ehtiyac yoxdur. Adətən fəsad törədən bir xəstəlik deyil. Heç bir iz qalmadan keçib gedir. Nadir hallarda dırnaq tökülməsi olur və qorxulu hal deyil, zaman içində özünü bərpa edir. Bulaşıcıdır və sağalana qədər bağçaya getməməsini məsləhət görürük.


Xəbərə aid foto