Şəkidə 14 yaşlı yeniyetmə partlamamış mərmi tapdı


Digərləri 17 Yan 2019 19:27:00 421 0

Şəkidə 14 yaşlı yeniyetmə partlamamış mərmi tapdı

Hadisə şəhərin Olimpiya məhəlləsində baş verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Şəki şəhər sakini 14 yaşlı Zülfüqar Zeynalov qoyun otaran atasının yanına gedərkən kolluq ərazidə qəribə dəmir parçası görüb.

Nə olduğunu anlamayan məktəbli tapıntını atası Səbuhi Səmədova göstərib. Dəmir parçasının partlamamış mərmi olduğunu anlayan Səbuhi Səmədov dərhal Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzinə xəbər verib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentli xüsusi mobil çevik əməliyyat qrupu və Şəki şəhər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar