“Lotu Quli” Azərbaycanı tərk etdi


Kriminal 17 Yan 2019 18:54:00 598 0

“Lotu Quli” Azərbaycanı tərk etdi

Bir müddətdir Azərbaycanda yaşayan 46 yaşlı "qanuni oğru" Nadir Səlifov ölkəni tərk edib.

Son.az Qafqazinfo-ya istinadən bildirir ki, hazırda postsovet məkanının ən nüfuzlu avtoriteti olan "Lotu Quli" yenidən Türkiyəyə qayıdıb. Həbsdən azad olunandan sonra uzun müddət Türkiyədə məskunlaşan Səlifovun gözlənilmədən Bakıya gəlməsi, burada bir neçə ay yaşadıqdan sonra geri dönməsi maraq doğurur.

Onun Türkiyədə olarkən bir neçə dəfə polis tərəfindən saxlanılması və Rusiya tərəfindən tələb olunması haqda məlumatlar yayılmışdı. Bu hadisələrdən sonra Qulinin Bakıya gəlməsi təhlükəsizliyini qorumaq və etibarlı sığınacaqla təmin olunmaq məqsədi ilə əlaqələndirildi.