OPEC ötən ilin dekabr ayında neft hasilatını azaldıb


Digərləri 17 Yan 2019 18:24:00 438 0

OPEC ötən ilin dekabr ayında neft hasilatını azaldıb

2018-ci ilin dekabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr gündəlik neft hasilatını 751 min barel azaldıb.

Milli.A "report"a istinadən xəbər verir ki, azalmanın ən böyük payı Səudiyyə Ərəbistanı və İranın payına düşür.

Belə ki, OPEC-in kənar mənbələrə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 468 min barel azaldıb, təşkilata isə 450 min barel azaltdığını və gündəlik hasilatının 10,64 mln. barelədək düşdüyünü bildirib.

İran isə kənar mənbələrə görə sözügedən müddət ərzində gündəlik hasilatı 159 min barel azaldaraq 2,76 mln. barelədək aşağı salıb. Bununla yanaşı, İran hökumətinin ABŞ sanksiyaları qüvvədə qaldıqca OPEC-ə müvafiq məlumatlar verməmək qərarına gəldiyi bildirilir.