PA rəsmisi: "Dissertasiyaların müdafiəsi prosesini sadələşdirmək vacibdir"


Digərləri 17 Yan 2019 17:47:00 369 0

PA rəsmisi: "Dissertasiyaların müdafiəsi prosesini sadələşdirmək vacibdir"

Dissertasiyaların müdafiəsi prosesini mərhələli şəkildə sadələşdirmək və müasirləşdirməklə yanaşı onun keyfiyyətinin də yüksəldilməsi vacibdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva AMEA-nın Rəyasət Heyətində Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında çıxış edərkən deyib.

F.Əliyeva bildirib ki, bu prosesdə Ali Attestasiya Komissiyası təsdiqedici və həlledici funksiya daşısa da, digər qurumların da rolu böyükdür. Elmi problemlər üzrə elmi şuraların böyük səlahiyyətləri olduğunu deyən F.Əliyeva dissertasiya mövzularının məhz həmin şuralarda təsdiq olunduğunu qeyd edib.

PA rəsmisi əlavə edib ki, elmi rəhbərlər bu mərhələyə xüsusilə diqqətlə yanaşmalıdırlar.