Yüz manat rüşvət alan gömrük mayoru məhkəmədə ifadə verib


Kriminal 17 Yan 2019 17:34:00 697 0

Yüz manat rüşvət alan gömrük mayoru məhkəmədə ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində 100 manat rüşvət almada təqsirləndirilən Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az "report"a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə A.Cəfərəliyev özünü təqsirli bilmədiyini deyib.

O, ifadəsində günahsız olduğunu, heç kəsdən rüşvət almadığını söyləyib.

Məhkəmənin növbəti iclasının yanvarın 24-nə təyin edilib.