Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlayanların 2-si tutuldu, digərləri axtarılır


Digərləri 17 Yan 2019 17:22:00 413 0

Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlayanların 2-si tutuldu, digərləri axtarılır

Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlayanlar tutuldu.

Bakı. Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evindən rayon Polis İdarəsinə müraciət edilərək uşaq bağçasının inzibati binasının divarına asılmış Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin barelyefinin naməlum şəraitdə oğurlandığı bildirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zəruri araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisəsini törədənlərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib və qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.