Bakı Metropoliteni: Metro təsərrüfatı güclü qar və şaxtaya tam hazırdır


Digərləri 17 Yan 2019 17:29:00 363 0

Bakı Metropoliteni: Metro təsərrüfatı güclü qar və şaxtaya tam hazırdır

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şiddətli şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlığına uyğun olaraq, yanvarın 16-a qədər açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görüb.

Bakı. Samir Əli - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şiddətli şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlığına uyğun olaraq, yanvarın 16-a qədər açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görüb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, "Bakı Metropoliteni" QSC güclü qar və şaxtalı hava şəraitinə də tam hazırdır: "Ümumiyyətlə, metroda qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində ən böyük problemləri qış fəsli özünün qarlı-çovğunlu günləri ilə yarada bilir. Ən böyük çətinliklər isə qatarların depodan xəttə verilməsi ilə bağlı olur. Hər il iyun-iyul aylarından “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə təsdiq edilmiş plana uyğun olaraq işə başlayırlar. Əmrdə bütün xidmətlər tərəfindən yerinə yetirilməli işlər, tədbirlər, onların miqyası və məzmunu tam əhatəli və konkret göstərilir, hər bir sahə üzrə vəzifələr müəyyənləşdirilməklə tapşırıqların icra müddəti qeyd olunur. Hazırlıq tədbirlərinin əsas hissəsi daha çox yol təsərrüfatına aid olur. Qışın şiddətli, çovğunlu-qarlı günlərində qatarların hərəkəti üçün mane açıq səma altında olan park yollarında yarana bilər. Belə şəraitdə yollara, xüsusən yolayırıcı qurğulara, qarın çökməsinə imkan vermək olmaz. Əks halda bu qurğuların işində nasazlıq qaçılmaz və depodan yeraltı yollara qatar vermək mümkünsüz olar". B.Məmmədov bildirib ki, hər il olduğu kimi, yol işçiləri qışa hazırlıq üzrə planda nəzərdə tutulmuş işləri payızın ilk ayında başa vurublar: "Bununla əlaqədar qarla mübarizə işinin operativ planının hazırlanması, yol sahələrinin ştatda nəzərdə tutulmuş sayda işçilərlərlə komplektləşdirilməsi, bu sahələrdə birinci dəfə işləyən və belə hallarla rastlaşmayan işçilərlə müvafiq məşğələlər keçirilib, təlimatlar verilib. Qarla mübarizə qərargahının xidməti, məişət və yuyunma otaqlarının qışa hazırlığını təmin etmək məqsədi ilə lazımi təmir işləri aparılıb, qərargah normaya uyğun materiallarla, avadanlıqlarla və alətlərlə təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb.