SOCAR: Azərbaycanda neft-qaz yataqlarında hasilatın dayandırılması orta illik göstəricilərdə özünü cüzi göstərəcək


Digərləri 17 Yan 2019 17:14:45 360 0

SOCAR: Azərbaycanda neft-qaz yataqlarında hasilatın dayandırılması orta illik göstəricilərdə özünü cüzi göstərəcək

Azərbaycanda güclü küləklə əlaqədar dənizdəki neft-qaz yataqlarında hasilatın dayandırılması orta illik göstəricilərdə özünü cüzi göstərəcək

Bakı. Sara İsrafilbəyova - Azərbaycanda güclü küləklə əlaqədar dənizdəki neft-qaz yataqlarında hasilatın dayandırılması orta illik göstəricilərdə özünü cüzi göstərəcək. Bu barədə Trend-ə SOCAR-dan məlumat veriblər. Məlumatda qeyd olunub ki, yaxın iki gün ərzində tufan dayanan kimi neftçilər platformalara qayıdacaq. SOCAR-dan bildiriblər ki, hazırda iş bütün platformalarda dayanmayıb.