İki Mehman var


Digərləri 17 Yan 2019 16:44:00 563 0

İki Mehman var

Bloqer Mehman Hüseynovla bağlı vəziyyətin iki yönü var. Daha doğrusu, bu situasiyanı təhlil ediriksə, qarşımızda iki Mehman Hüseynov görürük.

Onlardan biri gənc, təcrübəsiz, sadəlövh bloqer. Təbii ki, bu Mehman Hüseynovun taleyinə acıyıram, onun azadlığa çıxmasını istəyirəm.

Digər Mehman isə siyasi layihədir.

Sosial şəbəkələrdə Mehman Hüseynovla bağlı fikir yürüdüb rəy bildirənlərin də iki qütbə, iki düşərgəyə bölünərək fərqli məntiq və mövqe sərgiləmələri də bununla bağlıdır.

"Mehman Hüseynov layihəsi" ustalıqla hazırlanıb. Bu layihənin baş qəhrəmanı siyasətdən uzaq insanda mütləq hiss, həyəcan, emosiyalar doğurur. Görüntüyə baxın: gənc, gülərüz orğlan rüşvətxorlara qarşı mübarizə aparıb, sosial şəbəkələrdə populyar olub, həbsxanada cəza çəkəndə anası haqqın rəhmətinə qovuşub...

Fəqət, siyasi layihənin, daha doğrusu, ssenarinin müəllifləri bu ünsürlərdən yararlanaraq ənənəvi, "adi" hakimiyyət çevrilişi planlaşdırırlar:

1) Mehman Hüseynovdan "amil" kimi istifadə edərək mümkün qədər çox insanda narazılıq yaratmaq