Bakıda küləyin aşırdığı TIR-ın türk sürücüsü xəstəxanaya çatdırıldı (FOTO/VİDEO)
Digərləri 17 Yan 2019 16:48:23 513 0
Bakıda güclü küləyin aşırdığı TIR-ın sürücüsü xəstəxanaya yerləşdirilib.
Bakı. Ceyhun Ələkbərov -
Bakıda güclü küləyin aşırdığı TIR-ın sürücüsü xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, hadisə Ələt-Astara yolunda baş verib.
Bakıdan Qobustan istiqaməti ilə hərəkət edən TIR-ı güclü külək dəmir arakəsmələrin üzərinə aşırıb. Nəticədə, yük maşınının sürücüsü xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşını xəsarət alan şəxsi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, sürücü Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü İrkam Şamildir:
"Sürücünün qol və baldır nahiyəsində əzilmələr var. Hal-hazırda vəziyyəti yaxşıdır".
Mənbə: az.trend.az