"Ulu öndər Heydər Əliyevin Fədakarlıq Məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçiriləcək


Digərləri 17 Yan 2019 16:27:00 555 0

"Ulu öndər Heydər Əliyevin Fədakarlıq Məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçiriləcək

Yanvarın 21-də saat 12.00-da Ağdam rayonu Quzanlı qəsəbəsində Mərkəzi Mədəniyyət evində "Alyans" Xüsusi Xidmət Veteranları Birliyinin, Ağdam rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı və TREND İnformasiya Agentliyinin informasiya dəstəyi ilə "Ulu öndər Heydər Əliyevin Fədakarlıq Məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçiriləcək.

Tədbirdə Azərbaycan təhlükəsizlik orqanlarının və Silahlı Qüvvələrin veteranları, şəhid ailələrinin üzvləri, qazilər, vətənpərvərlik mövzusunda yazarlar, Ağdam rayonu ilə yanaşı Bərdə, Tərtər və digər ətraf rayonların ictimaiyyətinin, kütləvi informaisiya vasitələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.