İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri: Bütün xəstəxanalarda qeydiyyatı elektron qaydada etməyi düşünürük


Digərləri 17 Yan 2019 15:52:00 520 0

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri: Bütün xəstəxanalarda qeydiyyatı elektron qaydada etməyi düşünürük

İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi üçün aparılan işlər çərçivəsində xidmətlər zərfi yenidən hazırlanır.

Bakı. İlhamə İsabalayeva - İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi üçün aparılan işlər çərçivəsində xidmətlər zərfi yenidən hazırlanır. Bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. Z.Əliyev hesab edir ki, pilot layihə çərçivəsində təqdim edilən baza zərfinin təkmilləşdirilməsinə ehtiyac var. Agentlik sədrinin fikrincə, xidmətlər zərfinin yeni variantı yaxın bir neçə ay ərzində təsdiqlənmək üçün hazır olacaq. Z.Əliyev deyib ki, xidmətlər zərfinin qiymətində də müəyyən təkmilləşdirmələrin aparılmasına ehtiyac var. Buna görə hazırlıq işləri çərçivəsində bu məsələyə də baxılır: “Əsas məsələlərdən biri xəstəxanalarda hazırlıq işlərinin təşkilidir. Bu işlər xüsusilə informasiya texnologiyaları ilə bağlıdır. İcbari tibbi sığorta sistemini ölkədə tam tətbiq etmək üçün bizə sistemin tam avtomatlaşdırılması lazımdır. Bu halda məlumatlar xəstəxanadan bizə vaxtında daxil ola bilər və biz də xəstəxanalara ona uyğun ödənişlər həyata keçirə bilərik. Hesab edirəm ki, xəstəxanalarda həmin proqram təminatının qurulması və onların bizim sistemə inteqrasiyası əsas prioritet məsələlərdən biridir”. Agentlik sədri deyib ki, hazırda pilot rayonlarda xəstəxanalar belə proqram təminatı ilə fəaliyyət göstərirlər: