Azərbaycanda yeni MercedesBenz GLE üçün əvvəlcədən sifarişlərin qəbulu davam edir


Digərləri 17 Yan 2019 15:20:00 473 0

Azərbaycanda yeni MercedesBenz GLE üçün əvvəlcədən sifarişlərin qəbulu davam edir

Mercedes-Benz-in Azərbaycandakı dilerləri yeni yolsuzluq avtomobili Mercedes-Benz GLE üçün əvvəlcədən sifarişlərin qəbulunu davam etdirir. Avtomobilin satışına 2019-cu ilin ikinci rübünün əvvəlində başlanılacaq.

Xatırladaq ki, yeni Mercedes-Benz GLE ilk dəfə olaraq 2018-ci liin oktyabrında Paris avtosalonunda təqdim edilmişdir.

Yeni Mercedes-Benz GLE-nin xarici dizaynı avtomobilin idman görünüşünü yaratmaqla yanaşı, həm də eyni zamanda SUV sinifli avtomobil seqmentində aerodinamikada yeni bir rekorda imza atmış olur.

Modelin təkər bazası 80 millimetr artıb. Tam elektik tənzimlənməsi ilə təmin edilmiş ikinci sıra oturacaqlar əlavə rahatlığı təmin edəcəkdir.  


Xəbərə aid fotolar