"Azəriqaz": Ölkə üzrə təbii qazın verilişində problem yaranmayıb


Digərləri 17 Yan 2019 15:25:00 444 0

"Azəriqaz": Ölkə üzrə təbii qazın verilişində problem yaranmayıb

Yanvarın 16-sı gecədən etibarən "Azəriqaz" İstehsalat Birliyinin məsul şəxslərindən növbətçilik sistemi təşkil edilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, növbətçilik sistemi bütün respublika üzrə təşkil edilib: "Dünəndən etibarən bu dəqiqəyə qədər heç bir şikayət daxil olmayıb. Bu dəqiqəyə olan məlumata görə, bütün respublika üzrə təbii qazın verilişində problem yaşanmayıb, respublika üzrə heç bir qəza halı qeydə alınmayıb".