“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir


Digərləri 17 Yan 2019 14:48:28 440 0

“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir

Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib.

Bakı. Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib. Kampaniya çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərindən İstanbula və əks istiqamətdə aviabiletlər endirimli qiymətlə təklif olunur. Kampaniyanın şərtlərinə əsasən, Bakı-İstanbul-Bakı aviareysi üzrə endirimli biletin qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarına müvafiq olaraq 149 və 179 avrodan, Naxçıvan-İstanbul-Naxçıvan və Gəncə-İstanbul-Gəncə istiqamətində biletlərin qiyməti isə 129 avrodan başlayır.