Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub FOTO


Kriminal 17 Yan 2019 14:31:00 802 0

Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub  FOTO

Yanvarın 16-da Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik Kinosu Həftəsi" çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində Milli Qəhrəman  məşhur telejurnalist, Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin əziz xatirəsinə həsr olunmuş rejissor Kamalə Musazadənin "Alı Zirvəsi" sənədli filminin   təqdimatı olub.

Tədbirdə Cəmşid  Naxçıvanski adına hərbi  liseyin şöbə rəisinin müavini, mayor Natiq Rəhimov və liseyin kursantları, BDU-nun jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədli, "Xalq Qəzetini"nin baş redaktorunun müavini Tahir Aydınoğlu, Qarabağ  Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Məmmədov, KİV nümayəndələri və Alı Mustafayevin ailə üzvləri iştirak ediblər. Tədbir iştirakçıları Mərkəzin "Muzey" bölməsi ilə tanış olublar, ulu öndərin büstünü ziyarət ediblər. 

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  ilə başlanıb və 20 yanvar  şəhidlərini bir  dəqiqəlik  sükutla  yad  edilib.  Aparıcı Azər Zeynalzadə qeyd  edib ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində digər faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı düşünülmüş siyasətin növbəti təzahürü olduğunu bildirib, həmçinin  qəhrəman Alı Mustafayevin həyat haqqında  danışıb.


Xəbərə aid fotolar