Türkiyədə "nağıllar kəndi" çökdü:


Digərləri 17 Yan 2019 14:26:00 488 0

Türkiyədə "nağıllar kəndi" çökdü:

Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda 732 villadan ibarət "Burj Al Babas" adlı layihə uğursuzluğa düçar olub. Dəyəri 200 milyon dollar olan bu villalar kompleksini inşa edən şirkət müflis olub.

Son.az AFP-yə istinadən bildirir ki, Mudurnuda inşasına 2011-ci ildə başlanmış layihəyə əsasən, kompleksə Almaniyanın Bavariya bölgəsindəki dünyaca məşhur Norvaynştayn qəsri ilə Disneylendəki qəsrlərin qarışığını xatırladan 732 villadan, ticarət mollundan və konqres mərkəzindən ibarət olan "Burj Al Babas" ərəb alıcılar üçün nəzərdə tutulmuşdu. Daha doğrusu, kompleksin reklam kampaniyaları Qətər, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında aparılırdı.

Layihəni gerçəkləşdirən "Sarot Termal Group" uğursuzluğa düçar olub. Bir-birlərinin təkrarı olan villalardan ibarət olan kompleks qroteks təsir bağışlamaqla yanaşı, Mudurnunu ətraf mühitinə, təbiətinə və ekologiyasına da zərərli sayılıb.


Xəbərə aid fotolar