Azərbaycan kubokunun püşkü atıldı


İdman 17 Yan 2019 14:16:00 738 0

Azərbaycan kubokunun püşkü atıldı

Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin püşkü atılıb.

Goal.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, əvvəlki mərhələdə olduğu kimi, yenə mübarizə birinci və ikinci liqaların təmsilçiləri arasında gedəcək.

Xüsusilə də, qış fasiləsinə turnir cədvəlinin ikinci və üçüncü pilləsində yollanan ADBTİA - “Standard” dueli diqqətləri cəlb edir. 1/16 final mərhələsinin qarşılaşmaları yanvarın 25-də və 26-da Bakı İdman Sarayında keçiriləcək. 


Futzal, Azərbaycan kuboku, 1/16 final

Green Log - Borçalı

Dalğa - Rəvan

Gilan Construction - Mübariz

Bibi-Heybət - Obolon

Avanqard - Hövsan

Füzuli - Advokat

Gənclik İK - Baku Fire

Xəzər Astara - Təbriz

ADBTİA - Standard