Kafe qarşısında öldürülən gəncin dayısı:


Kriminal 17 Yan 2019 13:59:00 571 0

Kafe qarşısında öldürülən gəncin dayısı:

16 yanvar, saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında bıçaqlanma hadisəsi baş verib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunu Müşkür kənd sakini Tamerlan Həmidovun bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Mərhumun ailəsi isə hadisədən səhər saatlarında xəbər tutub. Mərhumun dayısı: "Polis şöbəsinə məlumat verilib ki, meyit morqdadır. Dərhal gedib baxdıq ki, həqiqətən də, bacım oğludur. Qətlə yetirəni tanıyırıq, qonşu kənddəndir. Lakin aralarında münaqişə olmayıb. Məsələnin təfərrüatlarını bilmirik. Polislər araşdırırlar". Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb. Mərhum 27 yaşlı Tamerlan Həmidov isə ailəli olub, 3 övladı var.  Faktla bağlı cinayət  işi başlanılıb. İstintaq davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar